Sovet qanunlarındakı BOŞLUQ: Doğum evində uşaqları dəyişdirilən şəxslərə pul ÖDƏNİLMİRbackend

Sovet qanunlarındakı BOŞLUQ: Doğum evində uşaqları dəyişdirilən şəxslərə pul ÖDƏNİLMİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Doğum evində uşaqları dəyişik düşən ailələrə 30 milyon rublluq kompensasiya ödənilmir.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

1989-cu ildə Lesozavodsk şəhərində Natalya Stepanova və Qalina Moskalkova eyni palatada doğum ediblər. Həmin gün dünyaya gələn körpələrə səhvən eyni soyadlı birkalar vurulub.

Həkimlər hər şeyi yoxladıqlarını və uşaqların düzgün ailələrə verildiyini iddia etsələr də, Natalya Stepanova illərlə şübhə içində yaşayıb. O, oğlu Sergeyinin ailə üzvlərinə heç bənzəmədiyini hiss edib.

34 il sonra keçirilən DNT testi isə acı həqiqəti üzə çıxarıb – qohumluq dərəcəsi 0% çıxıb.

Son üç ildir ki, hər iki ailə ədalət bərpa olunması üçün məhkəmə yollarındadır.

Zərərçəkmiş 10 nəfər (dəyişik düşən oğullar Sergey, Andrey və onların 8 yaxın qohumu) Rusiya Səhiyyə və Maliyyə nazirliklərindən ümumilikdə 30 milyon rubl (təxminən 665 000 manat) kompensasiya tələb edirlər.

Lakin yerli məhkəmələr iddianı rədd edib. Məhkəmə qərarını onunla əsaslandırıb ki, hadisə baş verən dövrdə qüvvədə olan SSRİ qanunvericiliyində mənəvi zərərə görə kompensasiya nəzərdə tutulmayıb və indiki qanunlar həmin dövrə şamil edilə bilməz.

Kassasiya şikayəti də nəticə verməyib. Ailələr indi Rusiya Ali Məhkəməsinə, daha sonra isə Konstitusiya Məhkəməsinə müraciət etməyi planlaşdırırlar.

Xuraman Etibarlı

İnterpress.az