Şri-Lankada vəhşi fil rusiyalı turistlərə hücum edib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Şri-Lankada istirahət edən rusiyalı turistlər vəhşi təbiətin qorxunc üzü ilə qarşılaşıblar. Səyahət zamanı nəhəng fil onların olduğu avtomobilə hücum edib.
Hadisə zamanı aqressiv heyvan turistlərin avtomobilinin qapısını yerindən qoparıb və nəqliyyat vasitəsini aşırmağa çalışıb.
Turistlər möcüzə nəticəsində filin qəzəbindən xilas ola biliblər, lakin hadisə onlara böyük qorxu yaşadıb.
Xuraman Etibarlı
İnterpress.az






