Sudanda 39 xəstəxananın fəaliyyəti dayandırılıbbackend

Sudanda 39 xəstəxananın fəaliyyəti dayandırılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sudan Mərkəzi Həkimlər Komitəsi paytaxt və münaqişə zonalarına yaxın əyalətlərdəki 59 xəstəxanadan 39-nun ordu ilə Çevik Dəstək Qüvvələri (HDK) arasında baş verən qarşıdurmalara görə xidmətdən çıxdığını bildirib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Bildirilib ki, istismar müddəti bitmiş xəstəxanalardan 9-u bombalanıb, 16-sı isə təxliyyə edilmək məcburiyyətində qalıb.

Açıqlamada paytaxt və əyalətlərdəki 59 əsas xəstəxanadan yalnız 20-nin tam və ya qismən fəaliyyət göstərdiyi, bəzi xəstəxanaların yalnız ilkin tibbi yardım xidmətləri göstərdiyi və onların bağlanma təhlükəsi ilə üzləşdiyi vurğulanıb:

“Xəstələri daşımaq və ləvazimat götürmək üçün təcili yardım maşınlarının keçməsinə icazə verilmir”

Açıqlamada 5 təcili yardım maşınının hərbi qüvvələrin hücumuna məruz qaldığı, bəzi təcili yardım maşınlarının xəstələri daşımaq və ləvazimat götürmək üçün keçməsinə icazə verilmədiyi də paylaşılıb.