Sumqayıtda su kanalında batan 26 yaşlı oğlanın meyiti sudan çıxarılıbbackend

Sumqayıtda su kanalında batan 26 yaşlı oğlanın meyiti sudan çıxarılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sumqayıtda su kanalında batan 26 yaşlı oğlanın meyiti sudan çıxarılıb.

Bu barədə İnterpress.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, avqustun 9-da Sumqayıt şəhəri, Stansiya Sumqayıt adlanan ərazidə avtomobilin su kanalına düşməsi nəticəsində batmış 1998-ci il təvəllüdlü Əliyev Abusət Fəxrəddin oğlunun meyiti Fövqəladə Hallar Nazirliyi Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.