Almaniyada 100 qoyun supermarketə basqın edib.
İnterpress.az xəbər verir ki, Almaniyada gülməli və qeyri-adi hadisə qeydə alınıb.
Məlumata görə, 100-ə yaxın qoyun qəflətən supermarketə daxil olub. İşçilər onları qovmağa çalışsalar da, buna nail ola bilməyiblər.
Heyvanlar yarım saat ərzində mağazanın altını üstünə çevirib, sağa-sola vurnuxduqdan sonra sakitcə obyekti tərk ediblər.
Qoyunların mağazaya niyə daxil olduğu və bu “hücum”un səbəbi hələlik müəmmalı olaraq qalır.
Xuraman Etibarlı
İnterpress.az






