Suren Papikyan Böyük Britaniyanın müdafiə naziri ilə GÖRÜŞDÜbackend

Suren Papikyan Böyük Britaniyanın müdafiə naziri ilə GÖRÜŞDÜ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Suren Papikyan Böyük Britaniyanın müdafiə naziri ilə görüşüb.

İnterpress.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Mayın 13-də Berlində Ermənistanın müdafiə naziri Suren Papikyan Böyük Britaniyanın müdafiə naziri Lyuk Pollard ilə görüşüb.

Görüş zamanı Ermənistan və Böyük Britaniya arasında müdafiə sahəsində əməkdaşlığın əsas istiqamətləri və onların inkişaf perspektivləri müzakirə olunub.

Hər iki tərəf hər iki ölkədə hərbi attaşelər təyin etməklə əməkdaşlığa yeni təkan verməyə hazır olduqlarını bildiriblər.

Regional və beynəlxalq təhlükəsizlik məsələləri də müzakirə edilib.

Xuraman Etibarlı

İnterpress.az