Sürixdə Gəncə və Bərdə terroruna etiraz edilib – FOTObackend

Sürixdə Gəncə və Bərdə terroruna etiraz edilib – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsveçrənin Sürix şəhərində Rathausbrücke körpüsünün üzərində topalaşan azərbaycanlılar Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki əhalisinə qarşı törətdiyi terror aktlarına  qarşı icazəli etiraz aksiyası keçirib.

Bununla bağlı Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Aksiya İsveçrədə yaşayan azərbaycanlı icmasının təşəbbüsü və Azərbaycanlıların Koordinasiya Şurasının əlaqələndiriciləri və İdarə Heyətinin üzvlərinin dəstəyi ilə keçirilib.

Aksiya iştirakçıları bildiriblər ki, Azərbaycanın Gəncə və Bərdə şəhərlərinin, eləcə də, digər yaşayış məntəqələrinin ağır artilleriya atəşinə tutulması, dinc sakinlərin hədəf alınması, Ermənistan silahlı qüvvələri tərəfindən bir ay ərzində cəbhə bölgəsindən kənar rayon və şəhərlərdə yaşayan 91 mülki şəxsin, o cümlədən, uşaqların qətlə yetirilməsi insanlıq əleyhinə yönəlmiş müharibə cinayətidir.

Azərbaycanın dövlət himninin oxunduğu aksiyada erməni vandalizmini əks etdirən bir sıra plakatlar nümayiş olunub, erməni terroru qurbanlarının xatirəsi yad edilib.

İştirakçılar müxtəlif dillərdə “Qarabağ Azərbaycandır!”, “Gəncə cəbhə bölgəsi deyil!”, “Mülki insanlar toxunulmazdır!”, “Biz terrora yox deyirik”, “Erməni terrorçuluğuna son!”, “Uşaq ölümünə son!”, “İşğalçı dövləti dəstəkləməyin!”, “Ermənistan – BMT qətnamələrinə əməl et!” və başqa şüarlar səsləndiriblər.

 

İnterpress.az