Suriyada Əsəd ailəsinin şəkli pullardan silinib.
İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. Yeni əskinaslarda portretləri zeytun və qızılgüllər əvəz edib, pullar Rusiyada çap olunacaq.
Məlumata görə, Suriya Prezidenti Əhməd əl-Şəraa Dəməşqdə keçirilən mərasimdə ölkənin yeni pul əskinaslarını təqdim edib.
Yeni əskinaslar sabiq lider Bəşər Əsəd və onun ailə üzvlərinin təsvirləri olan köhnə pulları əvəz edəcək.
Xatırladaq ki, Bəşər Əsədin portreti 2000 funtluq, atası Hafiz Əsədin portreti isə 1000 funtluq əskinasın üzərində yer alırdı.
Məlumata əsasən, artıq əskinasların üzərində Dəməşq qızılgülləri, buğda, zeytun, portağal və digər kənd təsərrüfatı bitkiləri təsvir olunub.
Yeni pulların buraxılışını Rusiyanın “Qoznak” şirkəti həyata keçirəcək. Bununla bağlı müvafiq saziş iyul ayının sonunda Moskvada imzalanıb.
Xuraman Etibarlı
İnterpress.az






