Suriya prezidenti müəyyən şərtlər yerinə yetirilənə qədər İsraillə normallaşmanı rədd edib.
İnterpress.az xəbər verir ki, bu barədə “Al Arabiya” Suriya prezidenti Əl-Şaraa ilə amerikalı konqresmen Mills arasında Dəməşqdə aparılan danışıqların təfərrüatları ilə tanış olan mənbələrə istinadən məlumat yayıb.
Suriya İsrail öz qoşunlarını Suriya ərazisindən tamamilə çıxarana qədər onunla sülh sazişini müzakirə etməyəcək.
Qeyd olunur ki, bununla yanaşı, dövlət başçısı ölkələr arasında daha da normallaşmanı nəzərdən keçirmək üçün İsraildən hava hücumlarını dayandırmağı tələb edib.
Eyni zamanda Suriya televiziyası öz mənbələrinə istinadən qeyd edir ki, əl-Şaraa Trampa ünvanladığı məktubunda Suriyanın İbrahim razılaşmalarına qoşulmasını rədd edib.
O, bu müqavilələrin “ərazilərini İsrailin işğal etmədiyi və Suriyanın onların bir hissəsi ola bilməyəcəyi” ölkələrlə bağlandığını bildirib.
Xuraman Etibarlı
İnterpress.az