Argentinada sürücü soyğunçunu avtomobillə vuraraq motosikletçini xilas edib.
İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Argentinada bir sürücü yoldan keçərkən göstərdiyi çevik reaksiya ilə motosiklet sürücüsünü soyğunçuluqdan xilas edib. Hadisə birbaşa yolun ortasında baş verib.
Cinayətkarlar motosiklet sürücüsünü saxlayaraq onun nəqliyyat vasitəsini zorla əlindən almağa cəhd göstəriblər. Lakin bu zaman yaxınlıqdan keçən avtomobil sürücüsü vəziyyəti dərhal anlayaraq müdaxilə edib.
O, avtomobili ilə soyğunçulardan birini vurub. Zərbənin təsirindən yerə yıxılan soyğunçu zərərsizləşdirilib və ərazidəkilər tərəfindən polisə təhvil verilib.
Motosiklet sürücüsü isə hadisədən xəsarət almadan qurtulub.
Xuraman Etibarlı
İnterpress.az






