Tacikistan Rusiyada miqrasiya ilə bağlı vətəndaşları ətrafında yaranmış vəziyyətdən narahatdır.
İnterpress.az xəbər verir ki, bu barədə ölkənin baş naziri Kohir Rəsulzoda bildirib.
O bildirib ki, Tacikistan Rusiya Federasiyasında miqrasiyanın tənzimlənməsi ilə bağlı tədbirlər zamanı respublika vətəndaşları ətrafında yaranmış vəziyyətdən narahatdır.
Qeyd olunur ki, respublika vətəndaşları Rusiyaya daxil olarkən sərhəddə saatlarla, hətta günlərlə saxlanılır.
Öz növbəsində, Marat Xusnullin Rusiya hakimiyyətinin tətbiq etdiyi tədbirlərin məqsədlərinə diqqət çəkərək, Rusiya Federasiyasına daha qanunsuz miqrasiyanın olmayacağını bildirib.
Xuraman Etibarlı
İnterpress.az