Tailandda istirahətdə olan 42 yaşlı məmur ÖLÜ TAPILDI – FOTObackend

Tailandda istirahətdə olan 42 yaşlı məmur ÖLÜ TAPILDI – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyalı məmur Tailandda istirahətdə olarkən ölüb. O, tailandlı fahişə tərəfindən qarət edilərək öldürülüb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb. Məlumata görə, Vladivostok Şəhər bələdiyyə nəqliyyatı rəisinin müavini müavini, 42 yaşlı Konstantin Klyuyev dekabrın sonunda Pattaya çimərliyinə gəlib. O, otelə daxil olduqdan sonra keçmiş həyat yoldaşına və böyük oğluna zəng edib, daha sonra əlqə kəsilib.

Klyuyevin qohumları 2 həftə onun taleyi haqqında heç nə bilməyiblər. Yanvarın 10-da o, evə qayıdıb idarəyə işə getməli olsa da, gəlib çıxmayıb.

Qohumlar həyəcan təbili çalıb, axtarış başlayıb. Nəticədə Klyuyevin cəsədi oteldə tapılıb.

Ehtimallara görə, ölüm məmurun böyük oğlu ilə danışmasından bir saat sonra baş verib.

Otel işçiləri iddia edir ki, onlar mərhumu bir gün əvvəl “trans”ların kompaniyasında yanında görüblər. Fahişə əvvəlcə məmura öldürücü dozada trankvilizator verib, onu qarət edib və qaçıb.

Xuraman Etibarlı

İnterpress.az