Phuketdə “Azur Air” təyyarəsinin nasazlığı səbəbindən 300-dək rusiyalı turist qalıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.
Tailandın Phuket adasında “Azur Air” aviaşirkətinə məxsus təyyarənin şassi hissəsində yaranan nasazlıq səbəbindən 300-ə yaxın Rusiya vətəndaşı yolda qalıb.
Phuketdən Mineralnıye Vodı şəhərinə uçmalı olan “Boeing 767-300” tipli təyyarənin reysi 33 saat təxirə salınıb.
Hava gəmisi əslində fevralın 23-də havaya qalxmalı idi, lakin şassi dayağındakı texniki problemlər səbəbindən uçuş ləğv edilib.
“Azur Air” aviaşirkətindən verilən məlumata görə, reysin indi fevralın 25-də yola salınması planlaşdırılır.
Sərnişinlərin mehmanxanalarda yerləşdirilməsi və qida ilə təmin olunması istiqamətində tədbirlər görüldüyü bildirilir.
Xuraman Etibarlı
İnterpress.az






