“Taliban“çı Baş nazir müavini öldürülüb? – İddiabackend

“Taliban“çı Baş nazir müavini öldürülüb? – İddia

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Taliban” baş nazirinin müavini Əbdülqəni Bəradərın öldürüldüyü barədə məlumatı təkzib edib.

Yenisabah.az “Fars News”a istinadla xəbər verir ki, bu məlumat Əfqanıstan sosial mediasında yayılır.

Molla Bəradərın tərəfdarları ilə Həqqani Şəbəkəsi arasında toqquşmalara dair xəbərlər ötən həftədən iddia olunur.

Kabildə Qətər xarici işlər naziri ilə görüşdə Molla Bəradərin yoxluğu bu iddiaları daha da gücləndirib.

“Taliban” siyasi bürosunun sözçüsü Məhəmməd Nəim buunla bağlı bildirib: “Baş nazirinin müavini Molla Əbdülqəni Bəradər haqqında yayılan məlumatlar doğru deyil”.

Zəbihullah Mücahid də xəbərin həqiqətə uyğun olmadığını deyib.

Digər tərəfdən, “Taliban” Molla Bəradərin audiosöhbətini tezliklə yayımlayacaqlarını açıqlayıb.