“Taliban” qrupu yeni ədalətli hökumət qurma öhdəliyini yerinə yetirmək üçün keçmiş Əfqanıstan prezidenti Həmid Qərzai ilə gizli danışıqlar aparıb.
Yenisabah.az “New York Times”a istinadla xəbər verir ki, “Taliban” təmsilçisi Molla Əbdülrəhman Mənsur eks-prezident Qərzai və Əfqanıstan Ali Milli Barışıq Şurasının sədri Abdullah Abdullah ilə söhbət edib.
Qərzainin “Həqqani” şəbəkəsinin lideri Ənas Həqqani ilə də görüşdüyü iddia olunur.