“Taliban” Kabildə komendant saatı elan edibbackend

“Taliban” Kabildə komendant saatı elan edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Taliban” hərəkatı Əfqanıstan paytaxtında komendant saatının tətbiq edildiyini açıqlayıb.

Bu barədə “Khaama Press” məlumat yayıb.

Məlumata əsasən, yerli vaxtla saat 21:00-dan etibarən hava işıqlananadək, fövqəladə hallar istisna olmaqla, küçəyə çıxmaq qadağan edilib. Bu barədə elan ölkənin bütün məscidlərində səsləndirilib. Taliblər gecə fəaliyyətinə icazə lazım olanlar üçün əlaqə nömrələrini də bildiriblər.

Qərarın qeyri-müəyyən vaxtadək qüvvədə qalacağı qeyd olunub.