Taliban Türkiyəyə sentyabrın 1-nə kimi vaxt verdibackend

Taliban Türkiyəyə sentyabrın 1-nə kimi vaxt verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əfqanıstanı növbəti dəfə satdılar… Əfqan xalqı yenə də qaranlıq “tunel”ə girir… Bəs bu ölkədəki Azərbaycan sülhməramlılarının taleyi necə olacaq? SSRİ adlı gorbagor ölkə 20-ci əsrdə dəfələrlə Əfqanıstanda çevrilişlər etmişdi, sonra da ora qoşun yeritdi, daha sonra (1989-cu ildə) isə oranı biabırçı şəkildə tərk etmək məcburiyyətində qaldı.

Sovet qoşunları ordan çıxar-çıxmaz, ABŞ önə keçdi, bu ölkədə öz əlaltılarını (Rəbbanini, Hikmətiyarı, daha sonra Molla Ömərin başçılıq etdiyi “Taliban”ı) hakimiyyətə gətirdi. Sonra ABŞ öz əlaltılarının hamısını siyasi səhnədən qovdu və Əfqanıstana qoşun yeritdi. Daha doğrusu, koalisiya (müttəfiq) ölkələri ilə birlikdə Əfqanıstanı işğal etdi.

Və son 20 il ərzində ABŞ Əfqanıstanda qalmaq üçün 1 trilyondan çox pul xərcləyib.

ABŞ-ın bu 20 il ərzində ən böyük “nailiyyət”i Əfqanıstanı dünyanın 1 nömrəli narkotik istehsalçısı olan bir ölkəyə  çevirməsi olub. Əfqanıstan son illərdə dünyada yeganə ölkə idi ki, burada narkotik plantasiyaları açıq şəkildə mövcud idi. ABŞ burada hakimiyyətə gətirdiyi oyuncaq prezidentlərlə (Həmid Kərzay, Əşrəf Qəni) ortaq narkotik biznesi və başqa bizneslər qurmuşdu…

Bax belə.

İndi isə durum birdən-birə dəyişib.

ABŞ öz müttəfiqlərini meydanda tək buraxaraq birdən-birə Əfqanıstanı tərk etmək qərarına gəldi. Meydan yenidən “Taliban”a buraxıldı.

Hansı “Taliban”a?

1998-2001-ci illərdə Əfqanıstanı ABŞ-ın “xeyir-dua”sı ilə rəsmən cəhənnəmə çevirən, məktəbləri bağlayan, futbolu qadağan edən, televizorları balta ilə doğrayan, antik heykəlləri vandalcasına sındırıb məhv edən vəhhabi-sələfi əqidəli radikal fanatiklərdən ibarət hərbi-siyasi-dini qruplaşma hesab olunan “Taliban”a!

Hamınızın yaxşı xatırladığınız Xalid Hüseyn`in məşhur “Çərpələng uçuranlar” romanı da məhz həmin üç il ərzində Əfqanıstanda baş verən dəhşətlər əsasında yazılıb.