Tamir Moraqdan sensasion İDDİA: İranın qərbində “F-15” QƏZAYA UĞRAYIBbackend

Tamir Moraqdan sensasion İDDİA: İranın qərbində “F-15” QƏZAYA UĞRAYIB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Amerika F-15 təyyarəsi İranın qərbində qəzaya uğrayıb.

İnterpress.az xəbər verir ki, bu barədə israilli jurnalist Tamir Moraq məlumat yayıb.

Məlumata görə, ABŞ-yə məxsus “F-15” qırıcı təyyarəsi İranın qərb hissəsində qəzaya uğrayıb.

İddia olunur ki, təyyarənin heyəti qəza anında katapult edərək sağ qalıb və daha sonra ABŞ-İsrail birgə xüsusi bölməsi (ehtimal ki, İsrailin “669-cu bölmə”si) tərəfindən həyata keçirilən gizli əməliyyatla xilas edilib.

Lakin rəsmi Vaşinqton bu xəbəri təsdiqləmir. “Washington Post” qəzetinə danışan Amerika rəsmiləri belə bir insidentin baş verdiyini qəti şəkildə təkzib ediblər.

Onlar qeyd ediblər ki, bölgədə hər hansı bir Amerika hərbi təyyarəsinin qəzaya uğraması və ya bu növ xilasetmə əməliyyatının aparılması barədə məlumatlar həqiqəti əks etdirmir.

Hazırda hadisə ilə bağlı tərəflərin fərqli mövqeləri beynəlxalq mediada geniş müzakirə olunur.

Xuraman Etibarlı

İnterpress.az