Tanınmış aktrisa övladlarını xilas etmək üçün bıçağa ƏL ATDI – VİDEObackend

Tanınmış aktrisa övladlarını xilas etmək üçün bıçağa ƏL ATDI – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskva teatrının aktrisası öz övladlarını qoruduğu üçün həbs təhlükəsi ilə üz-üzədir.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Moskvanın “Et Cetera” teatrının aktrisası Anna Artamonova öz övladlarını silahlı hücumdan qoruduğu üçün cinayət məsuliyyətinə cəlb olunub. Hadisə yanvarın 12-də avtomobil dayanacağında baş verib.

Məlumata görə, münaqişəyə səbəb Oqanes adlı erməni sürücünün aktrisaya maşınını park etməyə mane olması olub.

Mübahisə böyüdükdən sonra hadisə yerinə Oqanesin üç oğlu gəlib. Onlar aktrisanın 19 yaşlı oğlunu və onun dostunu vəhşicəsinə döyməyə başlayıblar.

Anna hücum edənlərdən birinin əlində soyuq silah gördükdə, övladını müdafiə etmək məqsədilə davanın təşəbbüskarı olan Oqanesi kürəyindən bir dəfə bıçaqla vurub.

Hadisə anı sənətçinin qızı tərəfindən videoya çəkilib.

Hadisə şahidləri münaqişənin məhz Oqanes və oğulları tərəfindən başladıldığını təsdiq etsələr də, polis aktrisaya qarşı cinayət işi açıb.

Bildirilir ki, hüquq-mühafizə orqanları çoxuşaqlı ananın izahatlarını və müraciətlərini nəzərdən keçirməyə tələsmir.

Qeyd edək ki, Anna Artamonova dörd uşaq anası və fəal könüllüdür.

O, 2022-ci ildən bəri müntəzəm olaraq “xüsusi hərbi əməliyyat” zonasına gedərək orada xeyriyyə konsertləri verir və hərbçilərə humanitar yardım çatdırır.

Xuraman Etibarlı

İnterpress.az