Müğənni Aleksandr Buynov Moskva vilayətində piyada keçidində uşaq bağçasının müəllimini vurub.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Hadisə dünən axşam saatlarında baş verib. Buynov idarə etdiyi “Lexus” markalı avtomobillə yolun tənzimlənməmiş piyada keçidində yolu keçən 61 yaşlı qadını vurub.
Müəllim yan tərəfə tullanmağı bacarıb, bu isə onun həyatını xilas edib. lakin o, ayağından xəsarət alıb.b və beyin silkələnməsindən sonra xəstəxanaya yerləşdirilib.
Məlumata görə, Buynov qəza yerindən qaçmağa çalışıb.
Qəza barədə məlumat yayılandan sonra müğənni zərərçəkmişdən üzr istəmədən və təzminat təklif etmədən Moskvaya korporativ tədbirdə çıxış etməyə gedib.
Xuraman Etibarlı
İnterpress.az