Tanınmış müğənnidən SƏRT SÖZLƏR: “Öz mülkümdə nə istəyirəm, onu da edirəm” – VİDEObackend

Tanınmış müğənnidən SƏRT SÖZLƏR: “Öz mülkümdə nə istəyirəm, onu da edirəm” – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Larisa Dolina mülkündəki göllə bağlı prokurorluğa meydan oxuyub.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Tanınmış rusiyalı müğənni Larisa Dolina Moskva ətrafındakı bağ evində qazdırdığı süni göllə bağlı yaranmış qalmaqala sərt reaksiya verib.

Sənətçi qeyd edib ki, sözügedən su hövzəsi onun şəxsi torpaq sahəsində yerləşir və buna görə də kənar müdaxilələri qəbul etmir.

“Bu göl mənim torpağımdadır, mənim mülkiyyətimdir. Başqa nə sual ola bilər? Orada nə istəyirəm, onu da edirəm. İstəsəm onu qurudaram, istəsəm yox. Orada balıqlarım üzür. Bura mənim torpağımdır”, – Dolina vurğulayıb.

Qeyd edək ki, daha əvvəl Moskva vilayətinin rayonlararası təbiəti mühafizə prokurorluğuna müğənninin inzibati məsuliyyətə cəlb edilməsi üçün müraciət olunub.

Buna səbəb sənətçinin mülkündəki qazıntı işləri zamanı torpaqdan istifadə qaydalarını və ekoloji normaları pozması ilə bağlı yaranan şübhələrdir.

Xuraman Etibarlı

İnterpress.az