“Tarix bizə bu cür qaranlıq rejimlərin nə ilə bitdiyini  öyrədib…” – Yəhudi generalbackend

“Tarix bizə bu cür qaranlıq rejimlərin nə ilə bitdiyini öyrədib…” – Yəhudi general

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
fitnəkar İranın qorxulu yuxusuna çevrilmiş İsrail yenə də Tehran rejiminə gözdağı verməkdədir.
“Times of Israel” yazır ki, İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Aviv Kohavi, nüvə proqramı da daxil olmaqla İranın hərbi potensialına qarşı hərbi əməliyyatları davam etdirəcəyinə söz verib.
“İran potensialını məhv etmək əməliyyatları istənilən arenada və istənilən vaxt davam edəcək və İranın nüvə proqramına qarşı əməliyyat planları inkişaf etməyə və təkmilləşməyə davam edəcək”,- deyə Kohavi bildirib.
İstefada olan kəşfiyyat rəisi general-mayor Tamir Hayman, İslam Respublikasının hazırda sabit olduğunu, ancaq sonda çökəcəyini proqnozlaşdırır. “Bu, vətəndaşlarını sıxışdıran və nəticədə yıxılan ədalətsiz totalitar rejim olsa da, hazırda sabitdir”,- deyə o bildirib. “Tarix bizə bu cür qaranlıq rejimlərin nə ilə bitdiyini  öyrədib”,- deyə Hayman əlavə edib.