Tarix yenidən YAZILIR: 400 min il yaşı olan tonqal TAPILDIbackend

Tarix yenidən YAZILIR: 400 min il yaşı olan tonqal TAPILDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Britaniyalı alimlər dünyanın ən qədim ocağını aşkar ediblər.

İnterpress.az xəbər verir ki, bu barədə xarici mətbuat məlumat yayıb. 400 min il əvvəl yandırılan ocağın qalıqları tapılıb, bu da əvvəlki rekorddan xeyli qədimdir.

Britaniyalı alimlər tərəfindən aparılan tədqiqatlar nəticəsində dünyanın ən qədim ocağının izləri tapılıb. Məlum olub ki, bu ocaq 400 min il bundan əvvəl qalanıb.

Tədqiqat zamanı yüksək temperatura məruz qalmış çöküntülər, oddan çatlamış çaxmaqdaşı alətləri (çapacaqlar), həmçinin daha sonrakı dövrlərdə çaxmaqdaşı ilə qığılcım əldə etmək üçün istifadə edilən pirit mineralının iki parçası aşkar edilib.

Qeyd edək ki, son elmi dəlillərə əsasən, indiyədək məlum olan ən qədim ocağın izləri Fransada tapılmışdı və onun 50 min il əvvəl qalandığı ehtimal edilirdi. Yeni kəşf bəşəriyyətin odla tanışlıq tarixini əhəmiyyətli dərəcədə geriyə çəkir.

Xuraman Etibarlı

İnterpress.az