İstanbulda polis əməkdaşları tarixi əsərləri xaricə satmaq üçün alıcı axtaran şəbəkəyə qarşı əməliyyat keçirib.
İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. İstanbulda Eyüpsultan Jandarma əməkdaşları tarixi əsərləri xaricə satmaq üçün alıcı axtaran şəbəkəyə qarşı əməliyyat keçirib.
Üç ünvanda həyata keçirilən əməliyyatda Roma dövrünə aid, 1200 il yaşı olan, 2 metr uzunluğunda və 15 sm enində dəri üzərində qızıl yazı olan Tövrat, qədim Yunanıstan (Pontus Amisos) dövrünə aid 550 sikkə, eləcə də Bizans İmperiyası dövrünə aid 51 sikkə ələ keçirilib.
Əməliyyatda Tövratı 1,5 milyon dollara satmağa çalışan 3 şübhəli də daxil olmaqla 6 nəfər həbs edilib.
Xuraman Etibarlı
İnterpress.az