Tartusda Suriya Daxili Təhlükəsizlik Qüvvələrinin yeni avtomobilləri təqdim edilib.
İnterpress.az xəbər verir ki, bu barədə Suriya KİV-ləri məlumat yayıb.
Suriyanın Tartus şəhərində ölkənin Daxili Təhlükəsizlik Qüvvələri üçün nəzərdə tutulan yeni xidməti avtomobillərin təqdimat mərasimi keçirilib.
Yeni texnikalar asayişin qorunması və təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədilə müvafiq qurumların istifadəsinə verilib.
Bildirilib ki, xidməti avtomobil parkının yenilənməsi Daxili Təhlükəsizlik Qüvvələrinin operativliyini artırmağa və şəhər daxilində asayişin mühafizəsini daha səmərəli təmin etməyə imkan verəcək.
Xuraman Etibarlı
İnterpress.az






