Tayvan Müdafiə Nazirliyi dünən axşamdan səhər saatlarına qədər Tayvan adası ətrafında 68 Çin hərbi təyyarəsi və 10 döyüş gəmisinin aşkarlandığını bildirib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Bildirilib ki, 68 təyyarədən 40-ı Tayvan boğazında tərəflərin təsir zonalarını məhdudlaşdırdığı güman edilən hava və dəniz xətlərini keçərək Tayvanın “Hava Hücumundan Müdafiə İdentifikasiya Zonası (ADIZ)” elan etdiyi ərazidə uçuşlar həyata keçirib.
Açıqlamaya görə, Tayvan boğazında 4 ədəd “SU-30” və 12 ədəd “J-10” tipli döyüş təyyarəsi, 16 ədəd “J-16” tipli, 2 ədəd “KJ-500” tipli döyüş təyyarəsi nominal “orta xətti” keçib.
2 ədəd “Y-9” tipli hərbi-nəqliyyat təyyarəsi, 3 ədəd “Y-20” tipli yanacaqdoldurma təyyarəsi və “BZK-005” tipli silahsız pilotsuz uçuş aparatı ADİZ-dən cənub-qərb istiqamətində uçuşlar həyata keçirib.
Digər tərəfdən, nazirlik, 10 Çin döyüş gəmisinin, eləcə də Qərbi Sakit okeanda Tayvan yaxınlığında üzən Shandong təyyarə gəmisinin adanın ətrafında göründüyü məlumatını paylaşaraq, “Tayvan silahlı qüvvələri döyüş təyyarələri, gəmiləri ilə vəziyyəti izləyir.
Uçuşlar və gəmi patrulları Çinin aprel ayında Tayvan ətrafında keçirdiyi təlimdən sonra bir gündə aşkar edilən ən çox hərbi təyyarə olub.
Çinin bölgədəki fəallığı keçən həftə ABŞ və Kanada donanmasına məxsus iki döyüş gəmisinin Tayvan boğazından keçməsindən sonra baş verib.
ABŞ Hərbi Dəniz Qüvvələrinin “Arleigh Burke” sinifli idarəolunan raket esminesi Ralph Johnson və Kanada Kral Donanmasının “Halifax” sinifli Ottowa kruiz gəmisi sentyabrın 9-da Tayvan boğazından müntəzəm olaraq keçib.
Çin ordusu keçidin “göstəriş üçün” olduğunu və gəmilərin təqib edildiyini və cavabın qanun və beynəlxalq qaydalara uyğun olaraq verildiyini iddia edib.
Sentyabrın 11-də Çinin “Şandunq” təyyarədaşıyan gəmisi Tayvanın cənub ucunda yerləşən Eluanbi burnuna 60 dəniz mili (təxminən 111 kilometr) məsafədə yaxınlaşıb.