Tayvanda yaşayış binasında güclü partlayış: 13 ölü – VİDEObackend

Tayvanda yaşayış binasında güclü partlayış: 13 ölü – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tayvanın cənubundakı Qaosyun şəhərindəki yaşayış binasında baş verən yanğın azı 13 nəfərin həyatını itirməsinə səbəb olub.

İlkin məlumatlara görə, yanğın 12 mərtəbəli binanın birinci mərtəbəsində başlayıb və daha sonra bütün binanı əhatə edib.

Son məlumata əsasən, yanğın nəticəsində müxtəlif dərəcəli xəsarətlər alan 50 nəfər xəstəxanaya yerləşdirilib.

Qeyd olunur ki, yanğın güclü partlayışdan sonra başlayıb daha sonra isə bina qismən çöküb.

Mənbə: “United Daily News”