Tbilisidə ermənilərlə görüş: Azərbaycan QHT-ləri niyə bundan bixəbərdir?backend

Tbilisidə ermənilərlə görüş: Azərbaycan QHT-ləri niyə bundan bixəbərdir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanda srağagün və dünən Britaniyanın “Linqs” təşkilatı Azərbaycan və Ermənistanın bir neçə QHT rəhbərlərini görüşdürüb. Bakıda həmin konfransın partnyoru mövcuddur. Bu gün də Gürcüstanın XİN rəhbərinin birinci müavini bu toplantıda iştirak edib”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında Gürcüstanda keçirilən Azərbaycan və Ermənistan QHT rəhbələrinin görüşünü şərh edərkən Humanitar Tədqiqatlar Cəmiyyətinin sədri, konfliktoloq Əvəz Həsənov bildirib.

Məlumat üçün bildirək: “Turan” xəbər agentliyinin rəhbəri Mehman Əliyev sentyabrın 30-da “Sülh və etimadın Cənubi Qafqazda sülhə necə töhfə verə biləcəyi” mövzusunda dəyirmi masa çərçivəsində Tiflisdə Ermənistan və Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin ilk görüşlərinin keçiriləcəyini açıqlamışdı.

QHT sədri Həsənov düşünür ki, bu görüşlə problemlərin həll oluncağına inanmır:

“Çünki Azərbaycan və Ermənistana arasında istiləşmə kommunikasiyaların açılması və Ermənistanın Azərbaycanın dövlət sərhədlərini tanımasından sonra  sonra baş tutacaq. Əgər bu istiqamətdə hansısa fəaliyyət gedəcəksə, bu, dövlət qurumları ilə yanaşı, cəmiyyətin strukturları, yəni QHT-lər, KİV-lər, ictimai fəallar və s. bu prosesə qoşulmalıdır. Onlar qoşulmasa, iş getməyəcək.

Dövlətimiz Ermənistanla problemlərinin çoxunu həll edib. İndi Ermənistan cəmiyyətini sülhə inandırmalıyıq. O baxımdan QHT-lərin iştirakı qaçılmazdır”.

Əvəz Həsənov keçirilən görüşlərin Ermənistan və Azərbaycanda bir çox kəsimləri, əsasən də bəzi QHT rəhbərləri tərəfindən eşidilməməsi mövzusuna da toxunub:

“Tbilisidəki görüşdən Bakıda çoxumuzun xəbəri olmayıb. Tədbirə sadəcə 2-3 ekspert cəlb olunub. Adətən, belə görüşlər QHT icmasına açıq elan olunmur. Şəxsən mənim də bundan xəbərim olmamayıb və təəccüblənmirəm. Bunu təşkil edən “Linqs” təşkilatı hər kəslə əlaqə yaradılmasında maraqlı deyil. Məhdud sayda eskperti tədbirlərinə dəvət edir”, – deyə konfliktoloq fikirlərini tamamlayıb.

Rafi Müslümov

“Tbilisidə ermənilərlə görüş: Azərbaycan QHT-ləri niyə bundan bixəbərdir?