Tbilisidə keçmiş mer Gigi Uqulava daxil olmaqla 8 nəfər saxlanılıb.
İnterpress.az xəbər verir ki, bu barədə gürcü mediası məlumat yayıb.
Bildirilir ki, Tbilisi Mall yaxınlığında keçirilən etiraz aksiyası zamanı magistral yolu bağlamaq cəhdinə görə, Tbilisinin keçmiş meri Gigi Uqulava da daxil olmaqla 8 nəfər cinayət maddəsi ilə saxlanılıb.
Onların hamısını 4 ilə qədər həbs gözləyir.
“İstintaq müəyyən edib ki, bu il fevralın 2-də Tbilisi şəhərində keçirilən aksiya zamanı hüquq-mühafizə orqanlarının dəfələrlə çağırışlarına baxmayaraq, təqsirləndirilən şəxslər beynəlxalq avtomobil yolunu qanunsuz olaraq bağlamağa cəhd ediblər”, – Daxili İşlər Nazirliyinin bəyanatında deyilir.
Xuraman Etibarlı
İnterpress.az