Tbilisidəki Kidobani ticarət mərkəzində yanğın baş verib.
İnterpress.az xəbər verir ki, Gürcüstanın paytaxtı Tiflisdəki “Kidobani” ticarət mərkəzində güclü yanğın baş verib.
Məlumata görə, Vağzal Meydanı yaxınlığında yerləşən ticarət mərkəzindəki mağazalardan birində başlayan yanğın sürətlə yayılıb.
Hadisə yerinə çoxsaylı yanğınsöndürmə briqadaları və xilasetmə xidmətləri cəlb edilib, müştərilərin və işçi heyətinin təxliyəsi aparılır.
Yerli KİV-in ilkin məlumatına görə, yanğının parça mağazasında başladığı ehtimal olunur.
Xuraman Etibarlı
İnterpress.az






