Təəssüf ki, Beynəlxalq Ədalət Məhkəməsi və Avropa İnsan Haqları Məhkəməsi hesab edir ki, əsirlərin qaytarılması məsələsi onların birbaşa səlahiyyətlərindən kənardadır.
İnterpress.az xəbər verir ki, bunu Ermənistanın beynəlxalq hüquq məsələləri üzrə nümayəndəsi Yeqişe Kirakosyan jurnalistlərlə söhbətində deyib.
O qeyd edib ki, məhkəmə müstəqil orqandır və beynəlxalq hüquq normalarına əsaslanaraq qərarlar verir.
“Əsirlərin qaytarılması məsələsi qaldırılıb, lakin bu, daha çox siyasi platformalarda müzakirə olunan siyasi məsələdir və hüquqi proseslər orada saxlanılanlara hüquqi təminatların verilməsini təmin edəcək”, – Kirakosyan bildirib.
Xuraman Etibarlı
İnterpress.az