Təhlükəli “Asiya pələngi” ağcaqanadı Dağıstana köç edib.
İnterpress.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Son zamanlar iqlim şəraitinin dəyişməsi ilə əlaqədar Dağıstanda təhlükəli “Asiya pələngi” ağcaqanadları peyda olub.
Bu növ bir çox yoluxucu xəstəliklərin daşıyıcısıdır. Əsasən bunlar Qərbi Nil qızdırması, Çikungunya, Zika, Denq virusları və s. kimi tropik və subtropik bölgələrin xəstəlikləridir.
Ağcaqanad dişləmələri hətta həşərat hücumlarına asanlıqla dözən insanlarda belə şiddətli qaşınma və allergik reaksiyalara səbəb olur.
Xuraman Etibarlı
İnterpress.az