Təhlükəli enişdə ayağı sürüşən qız 20 metr hündürlükdən qayalığa YIXILDI – FOTObackend

Təhlükəli enişdə ayağı sürüşən qız 20 metr hündürlükdən qayalığa YIXILDI – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sevastopolda 20 metrlik qayadan yıxılan qız möcüzə nəticəsində sağ qalıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Hadisə “Krokodil” çimərliyi ərazisində baş verib. Məlumata görə, gənc qız müvafiq avadanlıqlarla təmin olunmamış eniş zolağında ehtiyatsızlıq edərək ayağı sürüşüb və 20 metr hündürlükdən birbaşa qaya çıxıntısının üzərinə yıxılıb.

Mürəkkəb relyefli ərazidə köməksiz vəziyyətdə qalan zərərçəkənin yanına xilasedicilər çatıblar.

Onlar qıza ilk tibbi yardım göstərdikdən sonra onu qayalıqdan təxliyə edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Xuraman Etibarlı

İnterpress.az