Tehran-Moskva əməkdaşlığı: “Qərbin hər iki tərəfə təzyiqlərinin artması mümkündür”backend

Tehran-Moskva əməkdaşlığı: “Qərbin hər iki tərəfə təzyiqlərinin artması mümkündür”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Müharibə Araşdırmaları İnstitutundan bildirilib ki, davam edən qaz böhranı İranın şimal-şərqində yeni etirazlara səbəb olub. Bildirilib ki, yanvarın 16-da Xorasan Rəzəvi vilayətinin Torbat-e Cam şəhərində yerli qubernatorluq binası qarşısına toplaşan etirazçılar küçələrdə tonqal qalayıblar.
Amerikalı analitiklərin fikrincə, bu enerji çatışmazlığı yaxın günlərdə bütün İranda, xüsusən də onun şimal və şərq əyalətlərində əlavə etirazlara səbəb ola bilər.

Mövzu ilə bağlı Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti Kənan Novruzov İnterpress.az-a açıqlamasında bildirib ki, Rusiyadan sonra İranın Ukraynadakı “bataqlığa” salınması Qərbin İranla bağlı planlarını işə salmasına dair ehtimalları artırır. Bu mənada çox güman ki, qaz böhranı da sözügedən ssenarinin tərkib hissəsidir:

“Tehranla Moskva arasında artan qarşılıqlı dəstək, o cümlədən hərbi əməkdaşlıq Vaşinqtonu daha da narahat edir. ABŞ İranın demokratik dəyərlərə zidd hərəkət etdiyini iddia edərək gələcəkdə də bu dövlətə təzyiqi artıra bilər. İrandakı qaz böhranı fonunda etiraz aksiyaları gələcəkdə daha da genişlənə bilər. Yəqin ki, əhalinin tələbləri artacaq. Mitinqlərin hakimiyyət dəyişikliyinə qədər davam etməsi mümkündür. Həmçinin qaz böhranı ilə əlaqədər olaraq İranın Rusiyadan qaz idxalını artırmağa çalışması da mümkündür. Bu isə, əlbəttə, qarşılıqsız olmayacaq. Gələcəkdə Tehran-Moskva əməkdaşlığının güclənməsi və Qərbin hər iki tərəfə təzyiqlərinin daha da artması mümkündür”.