Təkcə Şuşadan 2 min erməni meyiti götürülüb – Ermənistan mediasıbackend

Təkcə Şuşadan 2 min erməni meyiti götürülüb – Ermənistan mediası

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya sülhməramlıları 13 noyabrdan etibarən bu günə kimi Qarabağda ölən və itkin düşənlərin axtarışı ilə bağlı humanitar missiyasını davam etdirir. 

İnterpress.az xəbər verir ki, erməni mediasının yaydığı məlumata görə, missiya Beynəlxalq Qırmızı Xaç Komitəsi, Ermənistan və Azərbaycan hərbçiləri ilə əməkdaşlıq şəraitində həyata keçirilir.

Bildirilir ki, Şuşada aparılan axtarışlar zamanı ilk həftədə 2 mindən çox cəsəd erməni tərəfinə təhvil verilib. Bundan əlavə, Xankəndi-Gorus yolu zədələnmiş və nasaz texnikadan təmizlənib.

Noyabrın 22-də isə Xocavənddə cəsədlərin axtarışı və mübadiləsi prosesi başa çatıb.

 

İnterpress.az