Qəzza zolağından Təl-Əviv də daxil olmaqla İsrailin mərkəzinə qədər raketlər atılıb.
İnterpress.az xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb. Bildirilir ki, Qəzza zolağından Təl-Əviv də daxil olmaqla İsrailin mərkəzinə qədər raketlər atılıb.
Raketlərin düşmə mərkəzi Holon şəhərində qeydə alınıb. Ölənlər barədə məlumat yoxdur.
Hücumlara görə məsuliyyəti HƏMAS öz üzərinə götürərək M-90 raketlərinin atıldığını bildirib.
Xuraman Etibarlı
İnterpress.az