Təl-Əvivdə girovların ailələrinə qarşı terror aktının QARŞISI ALINDIbackend

Təl-Əvivdə girovların ailələrinə qarşı terror aktının QARŞISI ALINDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Təl-Əvivdə girovların ailələrinə qarşı terror aktının qarşısı alınıb.

İnterpress.az xəbər verir ki, bu barədə “Ynet” məlumat yayıb. Bildirilir ki, İsrail polisi və Baş Təhlükəsizlik Xidməti (Şin Bet) terror aktları törətməyi planlaşdıran Şərqi Qüds sakinini saxlayıb.

Qeyd olunur ki, HƏMAS-ı dəstəkləyən saxlanılan Təl-Əvivdə girov ailələrin kütləvi aksiyası zamanı terror aktı törətmək və “Qəzzanın qisasını almaq” üçün partlayıcı qurğu və odlu silah almağı planlaşdırıb.

O, həmçinin Tel-Əvivdə İsrail ordusunun şəxsi heyətinə silahlı hücum və qatarda bomba planlaşdırıb.

Xuraman Etibarlı

İnterpress.az