Tələbə qədim ammonit qaçaqmalçılığına görə HƏBS EDİLDİ – FOTObackend

Tələbə qədim ammonit qaçaqmalçılığına görə HƏBS EDİLDİ – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskvalı tələbə ABŞ-yə qədim mollyuskanın qalıqlarını göndərmək istəyib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya gömrük əməkdaşları məlumat verib. Onlar müəyyən edib ki, 24 yaşlı oğlan bəyannamələrində onların “dekorativ daş” olduğunu göstərib.

O, “daşlar”ın olduğu 9 bağlamanı xaricə göndərməyi planlaşdırıb.

Əslində, o, on milyonlarla il olduğu təxmin edilən nəsli kəsilmiş bir mollyuska – Lytoceras sp. göndərirdi.

Aşkarlanan bir bağlamanın dəyəri təxminən 120 min rubl (təxm. 2 500 man) təşkil edir.

Oğlan saxlanılıb. Mədəni sərvətlərin qaçaqmalçılığı maddəsi ilə cinayət işi açılıb.

Xuraman Etibarlı

İnterpress.az