Oktyabrın 1-də axşam saatlarında Monteneqronun kütləvi informasiya vasitələri Podqoritsada Rusiyanın orderi ilə Moskvadakı “Çerkizov” bazarının keçmiş sahibi Telman İsmayılovun saxlanılması ilə bağlı xəbərlər yaydı.
İsmayılov kimdir və nəyə görə axtarışa verilmişdi?
Telman İsmayılovun xüsusi təqdimata ehtiyacı yoxdur: o, tarixdə“Forbes”in reytinqi üzrə iflasa uğramış ilk dollar milyarderi, Moskvanın mərhum keçmiş meri Yuri Lujkovun dostu idi. Telman İsmayılov artıq bağlanan “Çerkizov” bazarından başqa Rusiya paytaxtındakı digər bazarların da sahibi olub.