Təmiz hava almaq istəyən sərnişin təyyarənin qəza qapısını sındırmağa çalışıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb. Bildirilir ki, təyyarənin sərnişini “salonda təmiz hava almaq” üçün təcili yardım qapısını sındırmağa çalışıb.
Leninsk-Kuznetskidən olan 49 yaşlı Sergey Neryunqridən Novosibirskə uçmaq üzrə idi. Kuzbassdan olan sərnişin bir az içmək qərarına gəlib, lakin dozanı səhv hesablayıb.
Təyyarəyə minən Sergey dərhal problem yaratmağa başlayıb. O, yerində oturmaqdan imtina edib, ekipaj üzvlərinə qarşı nalayiq danışıb, sonra hətta kabinədə çox havasız olduğunu bildirərək qəza qapısını sındırmağa çalışıb.
Polis əməkdaşları qalmaqallı sərnişini reysdən çıxararaq stansiyaya aparıblar.
Xuraman Etibarlı
İnterpress.az