Tənzilə Rüstəmxanlı nüfuzlu beynəlxalq mükafata layiq görüldü – FOTOLAR backend

Tənzilə Rüstəmxanlı nüfuzlu beynəlxalq mükafata layiq görüldü – FOTOLAR 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Türk Qadınlar Birliyinin (ATQB) sədri Tənzilə Rüstəmxanlı Türkiyənin nüfuzlu ictimai təşkilatlarından olan Avrasiya İqtisadi Əlaqələr Dərnəyi (“EkoAvrasya”) tərəfindən “Avrasiya xidmət mükafatı” laureatına layiq görülüb.

İnterpress.az xəbər verir ki, “EkoAvrasya” İdarə Heyətinin sədri Hikmət Ərən bugünlərdə 60 illik yubileyini qeyd edən Tənzilə Rüstəmxanlıya məktub ünvanlayıb.

Tənzilə Rüstəmxanlının Türkiyə və Azərbaycan arasındakı əlaqələrin inkişafında müstəsna xidmətləri olduğunu qeyd edən Hikmət Ərən sözügedən qərarın İdarə Heyəti toplantısında yekdilliklə qəbul edildiyini vurğulayıb.

“Türkiyə və Azərbaycan arasında iqtisadi, sosial və mədəni əlaqələrin gücləndirilməsi üçün gördüyünüz işlər və ortaq tariximizə verdiyiniz töhfələrə görə Sizə “Avrasiya xidmət mükafatı”nın təqdim edilməsinə qərar verilmişdir”, – deyə Hikmət Ərən qeyd edib.

  • İnterpress.az