Terror qruplaşmasının PKK/KJK qolunun üzvü “Bari Lusubov” Rusiyada həbs edilib.
İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.
Terror qruplaşmasının Rusiyadakı PKK/KJK qolunun üzvü “Bari Lusubov” Türkiyə Kəşfiyyat Təşkilatı (MİT) və ölkənin təhlükəsizlik qüvvələrinin birgə keçirdiyi əməliyyat zamanı həbs edilib.
Təhlükəsizlik mənbələrindən əldə edilən məlumata görə, “Bari Lusubov” Rusiya, Qazaxıstan, Ermənistan və İraqın Mahmur düşərgəsində PKK/KJK terror qruplaşması adı altında təbliğat aparırmış.
Xuraman Etibarlı
İnterpress.az