Tərtərdə avtomobildən 6 min manatlıq oğurluq edilibbackend

Tərtərdə avtomobildən 6 min manatlıq oğurluq edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tərtərdə avtomobildən qızıl əşyalar oğurlayan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Tərtər rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 22-də rayon ərazisində bir avtomobildən 6000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Bərdə rayon sakini S. İsgəndərov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

 

İnterpress.az