Təxribatçılar cəzasız qalmayacaq, Azərbaycanın hər cür imkanı var – Sədr müavinibackend

Təxribatçılar cəzasız qalmayacaq, Azərbaycanın hər cür imkanı var – Sədr müavini

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cənab Prezidentin Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisinə təcavüzü nəticəsində mülki əhalinin əmlakına dəymiş ziyanla bağlı maddi yardım ödənilməsi məqsədilə  imzaladığı sərəncam Azərbaycan ermənilər üzərindəki qələbənin məntiqi davamıdır.

Bunu açıqlamasında Milli Məclis Sədrinin müavini Fəzail İbrahimli deyib.

Onun sözlərinə görə, cənab Prezidentin imzaladığı sərəncam adından göründüyü zamanı  erməni faşistlərinin müharibə bölgəsindən uzaq dinc insanlara qarşı törədilən vandalism aktının aardan qaldırılması istiqamətində atılan addımdır.

“Bu bir daha cənab Prezidentin belə bir çətin vəziyətdə vətəndaşının ən çətin anında yanında olmasının, ona hər cür dəstək verməsinin bariz nümunəsidir. 44 günlük müharibə zamanı erməni faşistləri  cəbhə xəttindən uzaqda yerləşən şəhər, rayon mərkəzləri və kəndləri hədəf seçərək dinc insanlara qarşı insanlığa sığmayan hərbi cinayətlər əl ataraq dinc insanları və mülklərini məhv etmək üçün qadağan olunmuş raketlərdən istifadə edirdilər. Ermənilərin bu vəhşiliyi nəticəsində yüzlərlə insanın mülkü tamamilə məhv oldu, yüzə yaxın insan  həyatını itirdi. Biz belə vəhşiliklərin Gəncədə, Tərtərdə, Bərdədə, Ağdamda və digər yerlərdə şahidi olduq”, – F. İbrahimli qeyd edib.

Vitse-spiker əlavə edib ki, ermənilər üzərində qazanılan möhtəşəm qələbədən dərhal sonra cənab Prezident həm işğaldan azad olunana ərazilərin bərpa olunması, həm şəhid ailələri və qazilərə diqqət qayğının göstərilməsi, həm iqtisadiyyatın bərpası, həm də müharibə zamanı  mülki əhalinin əmlakına dəymiş ziyanın aradan qaldırılması istiqamətində kompleks  tədbirlər planı təsdiq edərək həyata keçirməkdədir. Ölkə başçısı tərəfindən imzalanan növbəti sərəncam isə müharibə zamanı mülki əhalinin əmlakına dəymiş ziyanın aradan qaldırılması ilə bağlıdır. Bu sərəncam həm də dövlət başçısının vətəndaşının yanında oldğunu göstəricisidir. Cənab Prezidentin bu addımı təkcə ölkə başçısının üzərinə düşən vəzifə kimi dəyərləndirilməməlidir, bu həm də bir insan və vətəndaş olaraq bütün varlığı ilə millətinə, dövlətinə, vətəninə səmimi qəlbdən bağlı böyük insan oldğunun göstəricisidir.

Tarixə də nəzərə salsaq bunun nümunəsini göstərəcək misallar tapmaq çox çətindir.

Müharibədə qələbə çaldıqdan dərhal sonra istər məcburi köçkünlərin işğaldan azad olunan ərazilərə qayıtması istqamətində həyata keçirilən sürətli yenidənqurma işləri, istər qələbənin möhkəmləndirilib, bölgədə sülhün dayanıqlı olması istiqamətində həyata keçirilən diplomatik səylər, minalanmış ərazilərin xəritəsinin alınması, istər şəhid ailələrinin və qazilərin problemlərinin aradan qaldırılamsı istiqamətində görülən kompleks işlər bunu deməyə əsas verir. Bunu ancaq millətini, Vətənini, xalqını sevən və ona bağlı olan insan edə bilər. Bu da cənab İlham Əliyevdir və ölkəyə rəhbərlik etdiyi müddətdə bunu real fəaliyyəti ilə sübut edib. Azərbaycanın qarşısında duran problemləri həll edərək. Azərbaycanın dünyanın sayılıb-seçilən  nüfuzlu ölkələrindən birinə çevirib. Onun rəhbərliyi altında Azərbaycan davamlı olaraq ciddi uğurlara imza atır və təkcə biz yox, dünya buna şahidlik etməkdədir. Biz hələ daha ciddi uğurlara imza atıldığının şahidi olacağıq”.

Ermənilərin Ağdamda əl atdığı təxribata gəldikdə isə F.İbrahimli deyib ki, bir misal var deyərlər:

“İlan ulduz görməmiş ölməz. İndi ilanın başı əzilib, can verməkdə olduğundan qıvrılır və canını qurtarmağa çalışır, amma mümkün deyil. Ulduz çıxan kimi də ölcək. İndi ermənilərin də Ağdamdakı təxribat cəhdi bunu xatırladır. Ermənilər unutmamalıdır ki, dəmir yumruq yerindədir. Sadəcə, cənab Prezidentin dediyi kimi, biz Qarabağda yaşayacaq ermənilərin cəmiyyətə inteqrasiyası istiqamətdə səbir nümayiş etdirəcəyik. Amma qanunları pozanlar da cəzasız qalacağına şübhə etməsin. Cənab Prezidentin bəyan etdiyi kimi biz səbirlə bölgədə  dayanıqlı sülhün təmin olunması üçün səylərimizi göstəririk. Lakin təxribatçıların də hərəkəti cəzasız qalmayacaq. Bunun üçün Azərbaycanın hər cür imkanı var”.

 

 

İNTERPRESS.AZ