Təyyarədə sərnişin uçuş zamanı stüardessalara bıçaqla HÜCUM ETDİ – VİDEObackend

Təyyarədə sərnişin uçuş zamanı stüardessalara bıçaqla HÜCUM ETDİ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Təyyarədə sərnişin uçuş zamanı stüardessalara bıçaqla hücum edib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb. Bildirilir ki, təyyarədə pəncərənin kənarında oturmasına icazə verilmədiyinə əsəbiləşən qeyri-adekvat şəxs təyyarədə qırğın törətmək istəyib.

Nijni Novqoroddan Soçiyə uçan “İkar Hava Yolları”nın sərnişini uçuş zamanı stüardessalara bıçaqla hücum edib. Kişi ona pəncərənin yanında oturmaq qadağan olunduğuna görə qəzəblənib.

Qeyri-adekvat şəxs bıçağı çıxararaq stüardessaların gözü qarşısında yelləməyə başlayıb, onlardan araq və ya şərab gətirmələrini tələb edib və bıçaqla baqaj rəfinə vurub.

Artıq Soçidə o, polisə təhvil verilib. Heç kim xəsarət almayıb.

Xuraman Etibarlı

İnterpress.az