Kanadanın məşhur “The Star” nəşri azərbaycanlıların Torontoda Ermənistan tərəfindən torpaqlarının işğal edilməsinə etiraz mitinqi barədə məqalə dərc edib.
Nümayişdə 2 500 nəfərin iştirak etdiyi bildirilir.
Qeyd olunur ki, Azərbaycan ictimaiyyəti Ermənistanı işğal etdiyi Azərbaycan torpaqlarını qaytarmağa çağırıb:
“Bazar günü edilən etiraz ölkələr arasında onilliklər boyu davam edən müharibə dövründə Azərbaycanın bir hissəsini işğal etmiş Ermənistan silahlı qüvvələrinin çıxarılmasına yönəlib”.
İnterpress.az