“The Wall Street Journal”: Vaşinqtonla danışıqlardan sonra əsas sual cavabsız qalıbbackend

“The Wall Street Journal”: Vaşinqtonla danışıqlardan sonra əsas sual cavabsız qalıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kiyev üçün təhlükəsizlik zəmanətləri məsələsi açıq qalıb

İnterpress.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” nəşri mənbələrə istinadən məlumat yayıb.

Məlumata əsasən, ABŞ və Ukrayna arasında keçirilən danışıqlardan sonra Vaşinqton və Avropa tərəfindən Kiyevə təhlükəsizlik zəmanətlərinin verilməsi məsələsi həll olunmamış qalıb.

Buna baxmayaraq, Ukraynanın müdafiə naziri Rüstəm Umerov amerikalı tərəfdaşlarla görüşü məzmunlu, məhsuldar və uğurlu, lakin eyni zamanda “çətin” adlandırıb.

O qeyd edib ki, “ədalətli sülhün bərqərar olması yolunda hiss olunacaq irəliləyişə” nail olunub.

Nazir həmçinin prezident Volodimir Zelenski ilə telefon danışığı apardığını və görüşün nəticələri barədə ona məruzə etdiyini bildirib.

Xuraman Etibarlı

İnterpress.az