“Türk Hava Yolları”ndan işçilərinə möhtəşəm jest: 100 min nəfərin fotosu təyyarəyə vuruldu
İnterpress.az xəbər verir ki, Türkiyənin milli aviadaşıyıcısı “Türk Hava Yolları” (THY) kollektivinə qarşı maraqlı addım atıb.
Məlumata görə, şirkət öz donanmasına qatdığı sayca 500-cü təyyarənin dizaynında fərqli yanaşma tətbiq edib. Belə ki, hava gəmisinin üzərinə şirkətin 100 min əməkdaşının fotoşəkilləri yerləşdirilib.
Bu addım aviaşirkətin uğurlarında payı olan işçilərə təşəkkür rəmzi kimi qiymətləndirilib.
Xuraman Etibarlı
İnterpress.az






