Saxalində tibb bacısı əlil qadını döyərək ondan “pis ruhu” qovub.
interpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Kişi 68 yaşlı anası üçün tibb bacısı tutub. İşə götürülən qadın öz evində müəyyən problemlər olduğundan pensiyaçı ilə mənzildə yaşamaq istəyib.
Tibb bacısına əvvəlcədən xəbərdarlıq edilib ki, ev 24 saat video müşahidə altındadır.
Əvvəlcə hər şey yaxşı olub. Amma bir müddət sonra xidmətçi yaşlı qadına dəfələrlə səsini qaldırıb, “murdar ruhu” ondan qovmaq məqsədilə onu zorla çarpayıya sıxıb dua oxuyub.
Kişi tibb bacısına sərt tənqid edib və deyib ki, belə etmək olmaz. Bir müddət sonra oğul yenidən kameralara baxıb və şika düşüb.
O aşkar edib ki, qadın anasının otaqda gəzməsinə belə imkan verməyib, onu çarpayıya atıb, qollarından tutub döşəyə sıxıb və qışqırıb.
Polis faktı yoxlayır.
Xuraman Etibarlı
İnterpress.az