Gürcüstanda tikinti səhəsində muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 4,5% azalıb.
Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.
Məhz işçilərin orta əməkhaqqının azalması ümumi indeksdəki dəyişikliyə -1,17 faiz bənd təsir edib və 2023-cü ilin oktyabr ayında tikinti xərcləri indeksi əvvəlki ayla müqayisədə 0,2% azalıb.
2022-ci ilin fevral ayı ilə müqayisədə tikinti xərcləri indeksi 12,4% artıb.
İndeksin artmasına daha çox tikinti səhəsində muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqının 26,2% və tikinti materiallarının qiymətlərinin 7,4% artması səbəb olub ki, bu da müvafiq olaraq indeks dəyişikliyinə 5,91 və 4,19% təsir edib.